COVİD-19 virusunun yayılması ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan diasporunun azərbaycanlılara dəstəyi davam edir.
Dövlət Komitəsindən Unikal.org-a verilən məlumata görə, minlərlə soydaşımız xaricdən Vətənə təxliyyə olunsa da, hazırda bir sıra ölkələrdə, o cümlədən Ukraynada növbəti təyyarə reysini gözləyən Azərbaycan vətəndaşları hələ də qalmaqdadır.
Dövlət Komitəsi, eləcə də Ukraynadakı Azərbaycan diasporunun operativ qərargahına ümumilikdə 450-dən çox müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəi təxliyyə və maddi yardımla bağlıdır.
Hazırda DİDK və diaspor təşkilatlarının dəstəyi ilə 166 nəfərin müraciəti təmin olunub ki, onlardan 42 nəfər təxliyyə edilib, 124 nəfərə isə maddi yardım göstərilib – müvəqqəti yaşayış və ərzaqla təmin olunub.
Maddi yardıma ehtiyacı olan soydaşlarımızın bir qismi və 30 nəfər tələbə hazırda Kiyevdəki Azərbaycan Evi – Ukrayna Azərbaycanlıları Radasının (UAR) mərkəzi ofisində yerləşdirilib, onların gündəlik tələbatı ödənilir.
Qeyd etmək lazımdır ki, bu qərargahlar tək tələbələrə deyil, karantin zamanı, Ukraynada yaşayan bütün Azərbaycan vətəndaşlarına yardım etməyə hazırdır. Soydaşlarımız problemləri ilə əlaqədar +380962273489; +380442273489 qaynar xətlərinə müraciət edə bilərlər.