Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çağırış edib.

Unikal.org xəbər verir ki, icra başçısı, şəxsən özü bu gün şəhərin müxtəlif ərazilərində- parklarda, küçələrdə, bulvarda, ictimai yerlərdə olub, sakinləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etməyə çağırıb. 

Sumqayıt şəhərində Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq  qabaqlayıcı tədbirlər həyata keçirilir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır. 

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı komissiya yaradılıb.

Yaradılmış komissiya tərəfindən şəhər sakinləri arasında maarifləndirici tədbirlər görülür, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirilir.