Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz funksional fəaliyyətini ölkəmizin ərazisində koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşını almaq məqsədilə həyata keçirilən dövlət tədbirləri çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və qaydalara uyğun olaraq yerinə yetirir.

Unikal.org xəbər verir ki, komitə sədri Rövşən Rzayev martın 31-də növbəti videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Videoqəbulun Azərbaycanlıların Soyqırımı Gününə təsadüf etdiyini xatırladan komitə sədri tarixin müxtəlif mərhələlərində erməni millətçilərinin soydaşlarımıza qarşı həyata keçirdikləri etnik təmizləmə, deportasiya və qırğınların, ümumən,  bəşəriyyətə qarşı amansız cinayət olduğu,  bu cinayətin qurbanlarının xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.