Ukraynanın Lb.ua portalı koronavirus təşvişindən insanları qorumaq üçün maraqlı araşdırma yazısı yayımlayıb.
Unikal.org xəbər verir ki, məqalədə Ukraynanın atmalı olduğu addımlar üçün Azərbaycan nümunə göstərilib.
Müəllifi Aleksandr Demçenko olan “Azərbaycan koronavirus təşvişindən necə yayındı? Ukrayna üçün dərs” başlıqlı məqalədən maraqlı məqamları təqdim edirik:
“...Mən, ümumiyyətlə, başa düşə bilmirəm ki, Ukrayna sərhədlərini niyə gec bağladı? Vətəndaşlarımız Çindən rahatlıqla Ukraynaya qayıda bildi. Burada dərhal üç sual meydana çıxır: girişdəki keyfiyyət yoxlanışı, karantini təmin etmək üçün lazımi infrastruktur və ukraynalıların ölkələrdən - koronavirus infeksiyası ocaqlarından qayıtmasının məqsədəuyğunluğu.
Bəs Azərbaycan nə etdi? Bakı xüsusi sistem yaratdı, xarici ölkələrdən gələn vətəndaşlar aeroportda tam yoxlanışdan keçirlər. İnsanlar da, təyyarələr də növbə gözləmir. Gələnlərin hamısı karantində saxlanılır. Bunun üçün dörd-beş ulduzlu hotellərdən istifadə edilir.
Vətəndaşlar bunun üçün pul ödəmirlər, bütün xərcləri dövlət qarşılayır. Bu hotellərdə karantində saxlanılan şəxslər daim həkim nəzarətində olurlar. Onlar xəstəxanalara getmirlər.
Yeri gəlmişkən, “Formula-1” Qran-Prisi zamanı qonaqların qəbulu üçün nəzərdə tutulan olimpiya şəhərciyi də xaricdən gələn azərbaycanlıların karantində saxlanılması üçün istifadə edilir.
Başqa sözlə desək, bu insanlar evlərində qalmır, virusu yaxınlarına və ailə üzvlərinə ötürmür, karantin dövründə qadağan olunmuş müxtəlif tədbirlərdən uzaq olurlar. Bundan əlavə, ölkə daxilində ilk yoluxma hadisələri qeydə alındıqdan dərhal sonra karantin tətbiq olunub.
Bundan başqa, Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb ki, qısa müddətdə bura yüz milyon manatdan çox vəsait toplanıb. Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, ayrı-ayrı dövlət qurumları, təşkilatlar, ölkədəki özəl şirkətlər fonda ianələr ediblər.
Fikrimcə, Azərbaycan ölkəyə qayıtmaq istəyənlərə qarşı daha sağlam strategiyanı seçib: Vətənə qayıtmaq istəyənlərlə bağlı vəsait ayrıldı, onlar təyyarələrlə Bakıya gətirildi.
Tutaq ki, Ukraynadakı azərbaycanlılardan qalmaları və müşahidə altında olmaları istənilib. Bu məqsədlər üçün insanlara vəsait ayrılıb. Bu vətəndaşların aktual problemlərini həll etmək üçün səfirliyin bazasında zəng mərkəzləri yaradılıb. Əvvəlcə Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporu işə qoşulub və hazırda Ukraynada qalan hər kəsə fəal kömək edir.
SOCAR-ın Ukrayna şöbəsinin rolunu da qeyd etmək lazımdır. Şirkət yalnız koronavirus ilə əlaqədar Ukraynada müvəqqəti qalan azərbaycanlılara kömək etmir, eyni zamanda, Ukrayna tibb müəssisələrinə də yardım edir. Bu yaxınlarda SOCAR tibbi nəqliyyat vasitələrinin ehtiyacları üçün 10 min ton yanacaq ayırıb.
Bundan başqa, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakıda “Yeni klinika” tibb müəssisəsi istifadəyə verildi ki, burada da koronavirusa yoluxanlar müalicə olunacaq. 575 yerlik klinikada 1500-dən çox həkim və tibbi personal çalışacaq.
Koronavirusun qarşısının alınması üçün Azərbaycanda nəqliyyat sahəsində də bir sıra tədbirlər görülüb. Bakıda metrostansiyalar arasında xüsusi avtobuslar xəttə buraxılıb. Metropoliten isə müəyyən olunmuş vaxtlarda – 07:00-09:00 və 17:00-20:00 müddətində işləyəcək. Bugünkü gündə ölkə daxilində sərnişin daşınması tamamilə qadağan olunub. Yalnız