121 saylı Laçın seçki dairəsindən millət vəkili seçilən Mahir Abbaszadə ötən illərdə olduğu kimi aztəminatlı ailələrin sosial problemlərini diqqətdə saxlayır.
Unikal.org xəbər verir ki, millət vəkili ötən gün aztəminatlı, tənha yaşayan 100 ailəyə yardım edib. Ərzaq yardımı Bakı, Abşeron və Sumqayıt şəhərlərində müvəqqəti məskunlaşan Laçın rayon sakinlərinə paylanılıb. Məqsəd risk qrupuna daxil olan insanların evdə qalaraq virusa yoluxmaqdan qorumaqdır.
Millət vəkili seçiciləri ilə onlayın görüş keçirib, virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə olunub. Onların problemləri dinlənilib, mümkün köməklik göstərilib. Mahir Abbaszadə həmçinin qeyd edib ki, bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində cənab Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər diqqət mərkəzindədir. Məhz atılmış bu uğurlu addımlara görə, koronavirus pandemiyasının qarşısının alınmasında Azərbaycan digər ölkələr nümunə göstərilir. Bütün görülən işləri nəzərə alaraq, millət vəkili bir daha vətəndaşlarımıza səslənərək, evdə qalmağı, az ünsiyyətdə olmağı, özünü tədricə üstünlük verilməsini bir daha diqqətə çatdırıb.