Yeni növ koronavirus (Covid-19) pandemiyasının geniş şəkildə yayıldığı İngiltərədə ölənlərin sayı durmadan artır.

Unikal.org xəbər verir ki, son sutka ərzində ölkədə 761 nəfər koronavirus səbəbindən dünyasını dəyişib. Bununla da İngiltərədə koronavirusdan ölənlərin sayı 12 868 nəfər olaraq açıqlanıb.

Qeyd edək ki, sözü gedən ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 603 nəfər də artaraq 98 476-a çatıb.