Almaniyada koronavirusla bağlı qoyulan qadağalar yüngülləşdirilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın kansleri Angela Merkel məlumat verib.

Belə ki, ölkədə 20 aprel tarixində mağazaların, 4 may tarixində isə məktəblər və bərbərxanaların fəaliyyətinə icazə veriləcək. Digər tərəfdən, Almaniyada geniş miqyaslı tədbirlərin təşkili 31 avqusta qədər qadağan ediləcək.

Qeyd edək ki, sözü gedən ölkədə 127 584 nəfərin koronavirusa yoluxub, 3 254 nəfər isə bu səbəbdən dünuyasını dəyişib.