Fransada yeni növ koronavirus (Covid-19) səbəbindən ölənlərin sayı artmaqdadır.
Unikal.org xəbər verir ki, ölkədə son sutka ərzində 1 438 nəfər koronavirusdan ölüb. Bununla da Fransada koronavirus səbəbindən ölənlərin sayı 17 147-ə çatıb.
Qeyd edək ki, sözü gedən ölkədə pandemiyaya yoluxanların sayı 106 206 olaraq açıqlanıb.