İndoneziyanın Molukka dənizi sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar Ternate şəhərindən 83 km. şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 29,1 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Bundan başqa Papua-Yeni Qvineyanın tərkibinə daxil olan Yeni Britaniya adasında 5,5 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar Tarona şəhərindən 103 km. cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 42,3 kilometr dərinlikdə yerləşib.