Rusiyada son bir gündə 3 448 nəfərə koronavirus diaqnozu qoyulub, 34 nəfər virusun qurbanı olub.

Unikal.org xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da yoluxanların sayı 27 938 nəfərə, ümumilikdə koronavirusdan ölənlərin sayı isə 232-yə çatıb. Sağalanların sayı 2304 nəfərdir.