Çində son 24 saat ərzində yeni növ koronavirus (COVID-19) yoluxmuş insanların sayı 46-ya çatıb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Çin Milli Səhiyyə Komissiyasının (NCH) verdiyi açıqlamaya görə, son 24 saat ərzində ölkədə 46 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bundan əlavə, ölkə daxilində virus daşıyan 76 nəfər sağalsa da, yeni itki baş verməyib.

Digər tərəfdən, ümumi  yoluxanların sayının 82 min 341-ə çatdığı bildirilib.

Qeyd edək ki, keçən ilin dekabrdan sürətlə yayılan koronavirus pandemiyası indiyə kimi, Çində, 3 min 342 nəfərin həyatına son qoyub.