İranın Rezevi Xorasan əyalətinin Məşhəd şəhərində təxminən 100 səhiyyə işçisinin koronavirusa (COVID-19) yoluxduğu açıqlanıb.

Unikal.org İran KİV-ə istinadən xəbər verir ki, İranın rəsmi agentliyi IRNA-ya açıqlama verən Məşhəd Səhiyyə Elmləri Universitetinin rektoru Məhəmməd Hüseyni Bəhreyn “Bu günə qədər Məşhəd Sağlamlıq Elmləri Universitetinin xəstəxanalarında çalışan səhiyyə işçilərindən təxminən 100 nəfər yoluxdu” deyə bildirib.

Açıqlamada “Heyətlərdən bəziləri xəstəxanalarda müalicə edildi, bəziləri isə evdə müalicə olunur” deyən Bəhreyn, COVID-19-da tutulan səhiyyə işçilərinin bəzilərinin sağaldığını da söyləyib.

Tibb işçilərinin işlərindən danışan Bəhreyn, “Rezevi Horasandakı bütün həkimlər, tibb bacıları və digər tibb və köməkçi heyət, 55 gün davam edən  korona mübarizənin təqdirəlayiq şəkildə yerinə yetirdilər” deyə  qiymətləndirmə aparıb.