Pakistanda koronavirusa (COVID-19) tutulanların sayı son 24 saat ərzində 520 nəfər artaraq 6 min 550 nəfərə çatıb

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin koronavirusla  bağlı məlumatları paylaşdığı veb saytdakı açıqlamaya görə, ölkədə son 24 saatda 17 nəfər ölüb.

Müvafiq olaraq, ölkədə ölənlərin ümumi sayı 124-ə, yoluxanların sayı 520 nəfər artaraq 6 min 550-yə çatıb.

Son 24 saat ərzində ölkədə 5 min 540 sınaq keçirilsə də, testlərin ümumi sayı 78 min 979 olduğu açıqlanıb.