Rusiyanın paytaxtı Moskvada daha 14 nəfər koronavirus səbəbindən dünyasını dəyişib.
Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə operativ qərargahdan məlumat verilib.
Bildirilib ki, ölənlər 29-88 yaşlı xəstələrdi. Onların hamısında digər xroniki xəstəliklər mövcud olub.
Qeyd edək ki, Rusiyada 28 mindən çox insanda koronavirusa yoluxma qeydə alınıb, 2 300-dən çox pasiyent sağalıb. Ölkədə 232 nəfər bu pandemiyanın qubanı olub.