Yeni növ koronavirus (COVID-19) epidemiyasının baş verdiyi Çinin Hubey əyalətindəki Uhan şəhərində ölənlərin sayı 1290 nəfər artaraq 3 min 869-a çatıb.
Unikal.org Çinin Sinxua agentliyinə istinadən xəbər verir ki, Hubey əyalətinin Uhan şəhərinin rəhbərliyi tərəfindən həyatını itirənlərin sayının 3 min 869 olaraq açıqlandığı qeyd olunub.
Açıqlamada, Uhandakı yoluxanların sayının 325 artımla 50 min 333-ə çatdığı bildirilib. Lakin, evdə ölən xəstələrin qeydiyyata alınmadığı, sağlamlıq işçilərinin çatışmazlığı səbəbiylə natamam və ya səhv məlumat verildiyi, qurumlararası koordinasiyanın olmaması məlumatların fərqli olmasına səbəb olduğu da ifadə edilib.