Braziliya Prezidenti Bolsonaro dünyaya təsir edən yeni növ koronavirus yayılması ilə mübarizə mövzusunda razılığa gələ bilmədiyi Səhiyyə naziri Henrique Mandettanı vəzifəsindən azad edib.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Braziliyanın Səhiyyə naziri Henrique Mandetta, “Twitter” hesabından verdiyi açıqlamada, “Sadəcə, prezident Jair Bolsonaro tərəfindən vəzifəmdən ayrıldığımı bildim. Mənə verilən fürsətə görə təşəkkür edirəm” deyə bildirib.