Rusiyada son bir gündə 4 069 nəfərə koronavirus diaqnozu qoyulub.

Unikal.org xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da yoluxanların sayı 32 007 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.