6 aydır Beynəlxalq Kosmik Stansiyada (UUI) olan Soyuz MS-15 kapsulu dünyaya geri qayıdıb.

Unikal.org məlumat verir ki, Kapsulun eniş anı Rusiya Federal Kosmik Agentliyinin (ROSCOSMOS) saytında canlı yayımlanıb.
Kosmonavt Oleq Skripochka və Amerika Milli Aviasiya və Kosmik Agentliyinin (NASA) astronavtları Jessica Meir və Andrew Morgan daşıyan kapsul yerli vaxtla 12:16-da Qazaxıstanın Jezkazgan şəhəri yaxınlığında yerə enib.

Komanda üzvlərini kapsuldan çıxaran və sağlamlıq müayinəsi aparan, maska taxan və sosial məsafəni qoruyan axtarış-xilasetmə qruplarının müşahidə olunduğu qeyd edilibş

“ROSCOSMOS” tərəfindən edilən şərhdə komanda üzvlərinin sağlamlığının yaxşı olduğu bildirilib.