Myanmada amnistiya çərçivəsində təxminən 25 min məhbusun sərbəst buraxılacağı açıqlanıb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Prezident Win Myintin ofisindən verilən açıqlamaya görə, ölkədə 17 Apreldə başlayan ənənəvi Yeni il qeyd etmələri münasibətilə amnistiya çərçivəsində təxminən 25.000 məhbus sərbəst buraxılacaq.

Açıqlamada ölüm hökmünün məhkumlarının cəzasının ömürlük həbs cəzasına çevrildiyi də bildirilib.

Həmçinin də,  həbsxanaların həddindən artıq izdihamlı olduğunu qeyd edən Həbsxanalar Birliyinin rəsmisi, məhkumların sayının azaldılmasının yeni növ koronavirusla (COVID-19) mübarizədə vacib olduğunu qeyd edib.

Qeyd edək ki, Myanmada 85 koronavirus yoluxma halının olduğu və 4 adamın öldüyü açıqlanıb.