Türkiyənin Kütahya ərazisində yüklü TIR sürücüsü hündürlüyü hesablaya bilmədiyi yeraltı keçiddə qəzaya uğrayaraq, nəqliyyatın bağlanmasına səbəb olub.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza  Azərbaycan keçidinin Abdurrahman Karaa küçəsinin çıxışında baş verib. Yüklü Tır sürücüsü hündürlük xəbərdarlığından asılı olmayaraq səhər saatlarında 4,5 metr yüksəklikdəki Azərbaycan yeraltı keçidinə girib.

Bununla birlikdə, Abdurrahman Karaa küçəsinin alt keçidinin çıxışında ilişib. Bütün səylərə baxmayaraq yeraltı keçiddən çıxa bilməyən yük maşını nəqliyyatın bağlanmasına və tıxacın yaranmasına  səbəb olub. 

Hadisə yerinə gələn polis qrupları trafik altındakı keçid bağlayıb. Yeraltı keçiddə qalmış TIR polis qruplarının nəzarəti altında yeraltı keçiddən çıxarılıb.