Avstraliyanın Baş naziri Skott Morrison ölkədə yeni məsafəli koronavirusa qarşı görülən tədbirlərin bir hissəsi olaraq (COVID-19) ölkədə sosial məsafə tədbirlərinin bir il davam edə biləcəyini söyləyib.

Unikal.org xaric KİV-ə istinadən xəbər verir ki, Morrison yeni növ koronavirusa qarşı peyvəndin olub olmamasının hələ məlum olmadığını bildirərək, insanlar arasında 1,5 metrlik sosial məsafənin bir il davam edə biləcəyini əlavə edib.

Səlahiyyətlilər, epidemiyanın yayılmasını yavaşlatmaq üçün yaxın dörd həftə ərzində məhdudiyyətlərin davam edəcəyini də qedy edib.

Xatırladaq ki, 6 min 523 yoluxmanın olduğu Avstraliyada 65 nəfər koronavirusdan həyatını itirib.