İsveç Kral ailəsindən olan 35 yaşlı şahzadə Sofiya, Sophiahemmet universitet xəstəxanasında üç günlük sağlamlıq təhsili aldıqdan sonra tibb işçilərinə yardım olaraq xəstəxanada koronavirus xəstələrini müalicə edən tibb işçilərinə kömək edib.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, 40 yaşlı şahzadə Carl Philip ilə evli olan Kraliça, indiyə qədər 11 min 927 yoluxmanın və 1203 ölümün baş verdiyi ölkədəki səhiyyə işçilərinə yardım etməkdə şərəf duyduğunu bildirib.

Belə ki, Şahzadə, Sophiahemmet xəstəxanasında işlədiyi səhiyyə işçiləri ilə poza verərkən sosial məsafə qaydalarına maksimum diqqət yetirib.