Türkiyəli idman müəllimi Hasan Kabal evdə idman etmək üçün maraqlı üsula əl atıb.
Unikal.org xəbər verir ki, o, karantin səbəbindən çıxmadığı evində marafon qaçışı edib. Hasan Kabal evinin koridorunda 2 100 dəfə dövr edərək 42 kilometr məsafəni qət edib.
O, bununla insanlara evdə qalsalar da idman etməyin mümkün olduğunu sübut edib.