Bir müddət öncə Trabzon Vakfıkebir Dövlət Xəstəxanasının həkimi Selin Ünalın koronavirusa yoluxduğu məlum olmuşdu.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, xroniki astma xəstəliyi də olan həkim 14 gün xəstəxanada müalicə olunduqdan sonra koronavirusa qalib gələ bilib. O , həmkarları ilə birlikdə rəqs edərək xəstəxanadan ayrılıb. 

Bu xəstəliyi ağır keçirməsə də, koronavirusdan sağalamanın çox çətin bir proses olduğunu qeyd edən Selin Ünal bir həftə sonra işinin başında olacağını da açıqlayıb.