Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirusdan (Covid-19) ölənlərin sayı artmaqdadır.

Unikal.org xəbər verir ki, Yaponiyada pandemiyaya yoluxan daha 15 nəfər dünyasını dəyişib. Bununla da ölkədə koronavirus səbəbindən ölənlərin sayı 218-ə çatıb. 

Ümumilikdə 9 827 nəfərin koronavirusa yoluxduğu Yaponiyanın 7 əyalətində 6 may tarixinədək fövqəladə vəziyyət elan olunub.