İngiltərədə yeni növ koronavirus (Covid-19) səbəbindən ölənlərin sayı artmaqdadır. 

Unikal.org xəbər verir ki, bu dəfə son saatlarını yaşayan Peqqi adlı  qadına övladları tərəfindən məktub yazılıb. O, tibb bacısından son istəyi olaraq həmin məktubu ona oxumasını xahiş edib. 

Tibb bacısının yaşlı qadına oxuduğu məktubda "Qətiyyən qorxma, ana. Yanında ola bilmədiyim üçün çox məyusam. Atam səninlə olacaq. Əminəm ki, uzun zamandır ona qovuşmanı gözləyirdi. Hamımız tərəfindən nə qədər çox sevildiyini bilməyini istəyirik. Sən bu dünyaya gələn ən yaxşı anasan" sözlərini yazılıb.

Qeyd edək ki, yaşlı qadın məktubda yazılanları eşitdikdən 6 saat sonra dünyasını dəyişib.