İtaliyada yeni növ koronavirus (Covid-19) səbəbindən ölənlərin sayı yenidən artıb.

Unikal.org xəbər verir ki, sözü gedən ölkədə son sutka ərzində daha 575 nəfər pandemiyanın qurbanı olub. Bununla da İtaliyada koronavirusdan ölənlərin sayı 22 745-ə çatıb. 

Eyni zamanda ölkənin Səhiyyə Nazirliyi tərəfindən yayılan məlumatda qeyd olunub ki, koronavirusa yoluxanların sayı daha 493 nəfər artaraq 172 434-ə yüksəlib.