İngiltərənin Çindən aldığı 35 milyon dollar dəyərindəki antikor testlərinin işə yaramadığı idda edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusun yoxlanılması üçün 2 növ test həyata keçirilir: antigen və antikor testləri. Antigen testi insanın koronavirusa yoluxub-yoluxmadığını, antikor testi isə bədən tərəfindən lazımi proteinlərin hazırlanmasını müəyyən edir.

Belə ki, antikor adlanan proteinlər insana koronavirusdan sağalmağa kömək edir. 

İngiltərənin Çindən aldığı testlərin doğru nəticəni göstərmədiyi məlum olub. Ölkə rəhbərliyi Çin firmalarının 16 milyon funt-sterlinq (təxminən 35 milyon dollar) məbləği geri ödəmələri üçün danışıqlara başlayıb.