ABŞ-da möcüzəvi hadisə baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koralina ştatında yaşayan Treysi Hernandez 22 həftəlik hamiləlikdən sonra 1 kq 3qram ağırlığında Makenzie və Makayla adlı əkiz övladlarını dünyaya gətirib. 

Əməliyyatdan öncə həkimlər 23 həftədən tez dünyaya gələn uşaqların  həyatda qalmaq şanslarının olmadığını bildiriblər. Lakin ürəyində dəlik olan və bel əməliyyatına ehtiyacı olan Makayla və göbələk infeksiyası aşkarlanan Makanzie möcüzəvi şəkildə dünyaya gözlərini açıblar. 

Onlar ən erkən dünyaya gələn uşaqlar olaraq tarixə keçiblər.