Böyük Britaniya Kraliçası II Elizabet bu il aprelin 21-də qeyd ediləcək 94 yaşı münasibətilə artilleriya atəşfəşanlığına ehtiyac olmadığını söyləyib.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, bu barədə Bukingem Sarayındakı mənbələrinə istinadən ITV telekanalının redaktoru Kris Şip “Twitter” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, 68 ildir taxtın sahibi olan II Elizabet pandemiya şəraitində belə qeydetmənin yersiz olacağını hesab edir.

Qeyd edək ki, II Elizabet ənənəvi olaraq doğum gününü ildə iki dəfə qeyd edir. Onun əsl doğum tarixi aprelin 21-dir və bu tarixdə xüsusi təmtəraqlı qeydetmələr olmur. Rəsmi olaraq ad günü mərasimi (parad və xalq gəzintiləri ilə) isə iyun ayının ikinci şənbə günü qeyd olunur, çünki bu dövrdə hava yaxşı olur. Daha əvvəl xəbər verildiyi kimi, bu il ənənəvi parad da ləğv edilib.