Belarusda daha 2 nəfər koronavirusdan ölüb.
Uikal.org xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
“Aprelin 18-nə olan məlumata görə, Belarusda 3 282 nəfər stasionar müalicədədir, 458 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. 510 nəfər üzərində isə dəqiqləşdirici dianostika aparılır. Pasiyentlərin bir qismi ambulator müalicədədir. Ölənlərin sayı 45-ə çatdı”, - açıqlamada vurğulanıb.