Dünyanın ən böyük kofe mağazaları şəbəkəsi olan "Starbucks“ ABŞ-dakı bəzi mağazalarını açmağa hazırlaşır.
Unikal.org xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru (CEO) Kevin Johnson bildirib ki, bütün bölgələrdə vəziyyət yaxından izlənilir: "Bundan sonra mağazalarımızın nə vaxt tamamilə fəaliyyətə başlayacağına qərar verəcəyik”.
Qeyd edək ki, şirkətin ABŞ-dakı 15 mindən çox mağazasından bəziləri “səyyar xidmət” sistemi ilə, regional mağazaları isə evə çatdırılma xidmətləri təklif edir.
Bu il beynəlxalq birjalarda “Starbucks”ın səhmlərinin dəyəri 17% azalıb.