Dünyada koronavirusdan ölənlərin sayı 146 min nəfəri ötüb.
Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Təşkilatın məlumatına görə, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 2,16 milyon nəfəri ötüb. Son məlumatlara görə, ayrı-ayrı ölkələrdə virusa ümumilikdə 2 160 207 yoluxma qeydə alınıb, 146 088 insan ölüb.
Son gün ərzində dünyada yoluxanların sayı 85 678 nəfər, ölənlərin sayı 6 710 nəfər artıb.
Virusa yoluxma hallarının əksəriyyəti əvvəlki kimi Avropa regionunda (1 086 889) qeydə alınıb.