Rusiya paytaxtında daha 28 nəfər koronavirus infeksiyasına yoluxma nəticəsində həyatını itirib. Bununla da şəhərdə virusdan ölənlərin sayı 176 nəfərə çatıb.

Unikal.org  xəbər verir ki, bu barədə Moskvada yaradılmış Operativ Qərargah məlumat yayıb.

“Moskvada pnevmoniya diaqnozu qoyulmuş və COVID-19 testi müsbət nəticələnmiş 28 nəfər keçinib. Ölənlər 30-dan 93 yaşa qədər olan insanlardır. Xəstələrin hamısı paralel olaraq digər xəstəliklərdən əziyyət çəkirdi. 30 yaşlı kişidə şəkərli diabet də aşkar edilib”, - qərargahın məlumatında belə deyilir.