Koronavirus pandemiyasının yayılması səbəbindən Şərqi Afrika ölkəsi olan Uqandada da insanların evdən çıxması qadağan edilib.

Unikal.org xəbər verir ki, hökümətin qərarı ilə ölkədə keçirilən toy mərasimlərində ən yaxşı halda 10 nəfərin iştirakına icazə verilir. Mbarara əyalətində yaşayan Mersi Kamusimiire ve Qrum Vilson cütlüyü isə evlilik planlarını uzun müddət öncə etdikləri üçün koronavirusun onlara mane olmasına imkan verməyiblər.

Belə ki, onlar 10 nəfərlik məhdudiyyət qaydasına tam əməl edərək evləniblər. Bəy Qrum Vilson toyun xərclərinin ona yalnız 85 dollara (145 manat) başa gəldiyini bildirib.