Dünya koronavirusla mübarizə apararkən Afrikada ebola virusu yenidən yayılmağa başlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Konqo Demokratik Respublikası (KDR) 12 aprel tarixində ebola virusunun tamamilə sona çatdığını açıqlamaq istəsə də, ölkədə yenidən virusa yoluxma halları aşkarlanıb. Buna görə də ölkə rəhbərliyi tərəfindən ebola virusu ilə mübarizəyə davam etdirildiyi bildirilmişdi.

Son bir həftə ərzində isə KDR-da daha 6 nəfərin ebola virusuna yoluxduğu aşkarlanıb. 

Qeyd edək ki, 2013-cü ilin dekabr ayında yayılmağa başlayan ebola virusuna 30 min insan yoluxmuş, onlardan 11 mindən çoxu isə bu səbəbdən vəfat etmişdi.