Koronavirus pandemiyasının tüğyan etdiyi ABŞ-da vəziyyət gərginləşməyə davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Florida ştatında insanlar koronavirus təhlükəsinə və qadağalara məhəl qoymadan çimərliyə axın ediblər. Onlar bununla sosial məsafənin saxlanılması qaydalarını da pozublar. 

Bildirək ki, hökumət Florida ştatındakı bəzi çimərliklərin və parkların qismən açılmasına icazə verib. Məlumata görə, sahillərə gələn sakinlər yalnız velosiped sürə və yürüş edə bilərlər. 

Qeyd edək ki, ABŞ-da 738 913 nəfər koronavirusa yoluxub, 39 015 nəfər isə bu səbədən dünyasını dəyişib.