Belarusiya Prezidenti Aleksandr Lukaşenko Rusiyanın istehsal etdiyi koronavirus testlərini işə yaramaz adlandırıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət öncə Rusiya tərəfindən Belarusiyaya kömək məqsədilə 10 min ədəd koronavirus testi göndərilmişdi. Belarus Prezidentinin sözlərinə görə, həmin testlər tez-tez yalnış nəticə göstərir.

O, 15 Rusiya vətəndaşının bu testdən keçdikdən sonra nəticəsinin pozitiv çıxdığını qeyd edərək "Rusiya testlərindən imtina etdik, yalnış nəticə göstərir. Çində istehsal olunanı istifadə etdik, yalnız 1 nəfərin nəticəsi pozitiv oldu" sözlərini deyib.