Türkiyədə maraqlı görüntü lentə alınıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hacettepe Universiteti Tibb Fakültəsi Xəstəxanasında işləyən Dr. Adnan Menderis Vural adlı həkim bir həftədir reanimasiyada olan koronavirus xəstəsinin sağalmasına rəqs edərək sevinib. 

Onun Maykl Ceksonun mahnısı ilə rəqs etdiyi görüntülər böyük marağa səbəb olub. 11 ildir renimasiya şöbəsində çalışan Dr. Adnan pandemiya dövründə səhiyyə işçilərinin çox çətin zamandan keçdiyini də qeyd edib.