Çinin Uhan şəhərində meydana gələn və sürətlə dünyaya yayılan yeni növ koronavirusla (Covid-19) bağlı iddialar yayılmağa davam edir.

Unikal.org xəbər verir ki, bu dəfə pandemiyanın yarandığı Çinin Uhan şəhərində çəkilən fotolar insanlarda çaşqınlıq yaradıb.

Belə ki, şəhərin Virologiya İnstitunda içərisində koronavirusun da olduğu 1 500 fərqli virusun saxlandığı soyuducunun qapısının qırıq olduğu məlum olub. Həmin foto 2018-ci ilin may ayında Çinin xəbər agentliklərindən biri tərəfindən "Twitter"də paylaşılıb və daha sonra silinib.

Bu fotolar artıq Uhan şəhərində çox sayda virusun soyuducuda saxlandığını sübut edib. Həmin soyuducunun qapısının qırıq olması isə insanların etirazına səbəb olub.

Bəzi insanlar virusun bu səbəbdən yayıldığını da iddia ediblər.