İspaniyada maraqlı hal yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə bir taksi sürücüsü pandemiya dövründə xəstələrə pulsuz xidmət göstərib. O, bu dəfə də xəstəxanaya koronavirus xəstəsini aparmaq üçün çağırılıb.

Lakin, bu dəfə xəstəxana işçiləri ona sürpriz ediblər. Belə ki, onlar taksi sürücüsünə bu xeyirxah əməlinə görə təşəkkür etmək üçün toplanıblar.