ABŞ-ın Nyu-York ştatının qubernatoru Endryü Kuomo karantin müddətində toy mərasimlərinin onlayn formada keçirilməsinə icazə verib.
Unikal.org xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Bildirilir ki, cütlüklər evlənmək üçün internet üzərindən müraciət edə bilərlər. Dövlət xidmətləri elektron ərizə əsasında nikah mərasimlərini onlayn formada keçirəcəklər.