Yaponiya sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, zəlzələnin episentri Yaponiyanın 1 milyondan çox insanın yaşadığı Sendai şəhərindən 125 km şimal-şərqdə (Honsu adası, Miyagi prefekturası, Tokiodan 373 km şimal-şərqdə) olub. Yeraltı təkanın ocağının 60 km dərinlikdə yerləşdiyi bildirilib.
Sunami təhlükəsi barədə məlumat verilməyib.