Meksika Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə daha 36 şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bununla da ölkədə COVID-19-a yoluxanların sayı 8 261-ə çatıb.
Qeyd olunub ki, 686 nəfər pandemiyanın qurbanı olub. Eyni zamanda vəziyyəti ağır olan xəstələrin sayı 2 100 nəfəri keçib.
Ümumilikdə 378 xəstə süni ağciyər ventilyasiya aparatına qoşulub.