Kanadanın Nova Scotia ştatında bir nəfərin həyata keçirdiyi silahlı hücum nəticəsində 16 nəfər həyatını itirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kanada Dağlı Polis İdarəsinin (RCMP) direktoru Brenda Lucki, Nova Scotia ştatında, Gabriel Vortman adlı 51 yaşlı təcavüzkarın həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 10-dan 16-ya yüksəldiyini söyləyib.
Hadisənin terror hadisəsi olmadığını bildirən Luçki, hücumun baş verdiyi bölgədə axtarış-xilasetmə işlərinin və istintaqın davam etdiyini və ölənlərin sayının daha da artacağını bildirib.