Qlobal böhrana çevrilən koronavirus pandemiyasına görə, dünya ölkələrində komendant saatı tətbiq edilsədə qaydalara məhəl qoymayan insanlarn virusun qurbanına çevrilir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyada yeni evlənəcək olan gənc cütlük, toy mərasimi üçün qonaqları ilə birlikdə Bali tətil mərkəzinə gediblər.
Lüks toy mərasimi təşkil edən, cütlüyün toyunda 120 nəfər dəvətli olub.
Belə ki, lüks toyun sonu faciə ilə bitib. Polis işçiləri toya basqın edib. Qaydalara əməl etmədiklərinə görə, onlar məsuliyyətə cəlb olunub. Dəvətlilərdən 7 nəfərdə koronavirus testi müsbət çıxıb, digər qonaqlar və yeni evlənən cütlük Avstarliyaya geri qayıdıb.
Xüsusi karantin rejiminə, əsasən, bəylə gəlin və qonaqlar 14 gün karantinə alınıb.