Türkiyədə yayılan koronavirusunun yayılması tədbirləri çərçivəsində Daxili İşlər Nazirliyinin yaydığı tirajda 20 yaşdan kiçik vətəndaşlara küçələrə çıxmaq qadağan edilib.
Unikal.org Türkiyə KİV-ə istinadən məlumat verir ki, İstanbulun Esenyurt ərazisində qaydalara əməl etməyən ata, oğlunun bateriya ilə işləyən avtomobilini öz avtomobilinə bağlayaraq gəzintiyə çıxıb.
Belə ki, azyaşlı oğlunu simsiz bir avtomobilə qoyan və avtomobilinə iplə bağlayan şəxsin görüntüləri bir vətəndaş tərəfindən kameralara əks olunub. Polis qruplarının xəbər tutmasından sonra, hadisə yerinə gələrək, şəxsin sürücülük vəsiqəsi ələ keçirilib və 3 min 460 lirə inzibati cərimə tətbiq edilib.
Polislərə ifadəsində, oğlunun evdə sıxıldığını qeyd edən M.A adlı şəxs onu bu cür əyləndirməyə çalışdığını bildirib.
Qeyd edək ki, Esenyurt Polis Mərkəzində aparılan M.A adlı şəxs, “İnsanların həyatı, sağlamlığı və ya əmlakı baxımından təhlükəli ola biləcək bir şəkildə quru, dəniz, hava və ya dəmir yolu nəqliyyat vasitələrini idarə edən şəxs, 3 aydan 2 ilə qədər həbs cəzası verilir” maddəsi ilə cinayət işi açılıb.