Rusiyada koronavirus (COVID-19) hallarının sayı son 24 saat ərzində 4 min 268 artaraq 47 min 121-ə çatıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya hakimiyyət orqanlarının verdiyi açıqlamaya görə, son 24 saat ərzində ölkədə koronavirusa yoluxanların sayında 4 min 268 nəfər artım olub.

Yoluxanların ümumi sayının 47 min 121-ə çatdığı ifadə edilən şərhdə həyatını itirənlərin sayı 44 nəfər  artaraq 405-ə çatdığı bildirilib.