İranda daha 91 nəfər koronavirusun qurbanı olub.

Unikal.org xəbər verir ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb. Ümumilikdə İranda 19 fevraldan bu günədək (20 aprel) 83 505 nəfər koronavirusa (COVID19) yoluxub.İndiyədək İranda 59 273 nəfər bu xəstəlikdən sağalıb. 

Ötən sutka ərzində daha 1 294 nəfərin bu virusa yoluxması öz təsdiqini tapıb. Virus daşıyıcılarından 3 389 nəfərin vəziyyəti ağır və orta ağır olaraq qiymətləndirilir.

Ötən 24 saat ərzində daha 91 nəfərin koronavirus nəticəsində öldüyünü və beləliklə İranda ölənlərin sayının 5 209 nəfərə yüksəlib. 

Qeyd edək ki, İranda koronavirus diaqnozu ilə əlaqədar 353 mindən çox test həyata keçirilib.