Belçikada yaranan koronavirusa yoluxanların sayı son 24 saatda 478 artaraq 39min 983-ə çatıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Belçika Böhran Mərkəzində edilən açıqlamada, son 24 saat ərzində ölkədə 232 nəfər xəstəxanaya qaldırılıb və 138 nəfər xəstəxanadan buraxılıb.
Bildirilib ki, son 24 saatda “COVID-19”da yoluxan insanların sayı 478 min artaraq 39 min 983-ə, 168 adam isə virusdan həyatını itirərək, ümumi ölü sayı 5 min 828-ə yüksəlib.
Qeyd edilib ki, onların 47 faizi xəstəxanalarda, 52 faizi qocalar evlərində dünyasını dəyişib.